Azad olunmuş bölgələrdə infrastrukturun bərpası
ilə əlaqədar səfərlər keçirən Prezident İlham Əliyev cənablarının 9 oktyabr
tarixindəki səfəri Xocavənd rayonunun Hadrut qəsəbəsinə oldu. İlk öncə bərpa
işləri ilə əlaqədar sərlövhələrə nəzər salan Dövlət Başçısı daha sonra yeni məscidin təməlini qoydu.
Dövlət
Başçısının tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi Rayonlarının
inkişafında önəmli rol oynayan yol infrastrukturunun yaradılması davam edir.
Avtomobil Yolları Dövlət Agentliyinin
idarə heyyətinin sədri Saleh Məmmədov
Şükürbəyli-Cəbrayıl-Hadrut yolu haqqında prezident İlham Əliyev cənablarına
məlumat verdi.Daha sonra Dövlət
Başçısına Füzuli-Hadrut avtomobil yolu layihəsi haqqında məlumat verildi.
Bildirildi ki, bu yolun başlanğıcı Zəfər Yolundan götürlür.Daha sonra Dövlət
Başçısı erməni vandalizmi nəticəsində sıradan çıxarılmış paylayıcı elektirik şəbəkələrin
bərpası ilə əlaqədar işlərlə tanış oldu. Bu haqda Azərişıq ASC-nin sədri Vüqar
Əhmədov Azərbaycan Respublikasının
Prezidentinə əlumat verdi. O, bildirdi ki, Hadrut qəsəbəsini işıqlandırmaq üçün
Füzuli rayonundakı Şükürbəyli yarımstansiyasından Hadrut yarımstansiyasına xətt
çəkilib. Hazırda
Hadrut qəsəbəsinin strateji obyektləri elektirik enerjisi ilə təmin edilir.
Şuşa şəhərini işıqlandırmaq üçün isə
Daşaltı yarımstansiyasından istifadə olunduğunu
bildirdi. Hadrut yarımstansiyasının əhəmiyyəti barədə Dövlət Başçısına məlumat
verildi. Bildirildi ki, Hadrut yarımstansiyasının yerində müasir tipli yarımstansiya inşaa ediləcək ki, bu da Xocavənd
rayonunun bir hissəsini, eləcə də Şuşa və onun ətrafını elektriklə təmin edəcək. Bütün bunlarla tanış olan Dövlət Başçısı Hadrutun qovşaq yarımstansiyasının təməlini
qoydu.
İlham Əliyev cənabları Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşüb. Prezident Hadrutun azad olunmasının bir illiyi münasibəti
ilə ictimaiyyət nümayəndələrini və Azərbaycan xalqını təbrik etdi. Dövlət
Başçısı bu günü əlamətdar gün kimi qeyd edərək bildirdi ki, sizinlə burada
olmağımız xüsusi məna daşıyan hadisədir. Müzəffər ordumuzun, canından keçmiş şəhidlərimizin
sayəsində bu gün Qarabağda yeni bir dövr
başlayıb. Prezident İlham Əliyev Hadrut əməliyyatının İkinci Qarabağ müharibəsindəki
əhəmiyyətindən danışdı. Bildirdi ki, Hadrut hərbi strateji cəhətdən bizim üçün
önəmli idi. Çünki bura dağlıq ərazidir və
hərbi-strateji yüksəklikdədir. Geniş əraziyə nəzarət etməyə imkan verir.
Hadrutun düşməndən azad edilməsi nə qədər çətin olsa da, gələcək əməliyyatlarda
önəmi haqqında fikir bildirən Dövlət
Başçısı ermənilərin Cəbrayıldan sonra Hadruta istiqamətlənəcəyimizi gözləmədiklərini söylədi. Ona görə ki, Hadrutda
ermənilərin daha çox əsgərləri möhkəmlənmişdi. Lakin onlar Azərbaycan ordusunun
qarşısında tab gətirə bilmədi.
Prezident İlham Əliyev, müharibə dövründə erməni mətbuatının Hadrutun
ermənilrin əlində olması barəsində yalan
məlumat verdiklərini də nəzərdən qaçırmadı. Bildirdi ki, bu yalana son qoymaq
üçün tapşırıq verdim ki, Hadrutda Azərbaycan
bayrağı dalğalandırılsın. Bununla da biz göstərdik ki, heç kim və heç nə bizim
Qarabağı azad etməyimizə əngəl ola bilməz. Ermənistan təbliğatı yalan üzərində qurulub. Onların
tarixi də saxtadır, burada əsrlər boyu yaşamağı da. Bu haqda Prezident İlham Əliyev dedi: "Sadəcə olaraq dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki,
sanki Ermənistan əhalisi əsrlər boyu
burada yaşayıb. Hadruta ermənilər XIX əsrdə köçürülüblər. O vaxta qədər burada
erməni yaşamırdı."
Dövlət Başçısı bildirdi ki, Hadrutun azad edilməsi Ermənistana sarsıdıcı
zərbə oldu. Ona görə də yalan informasiya ilə erməni hökuməti öz xalqını
aldadırdı. Ermənistan kapitulyasiyaya getdikdən iki həftə sonra Laçın dəhlizi vasitəsi ilə erməni diversant
qrupunu Hadrutu geri almaq üçün göndərdiyi barədə danışan Prezident qeyd etdi
ki, diversant qruppası Azərbaycan əsgərləri tərəfindən əsir götürüldü və cinayətdə
əli olmayanlar bir müddətdən sonar geri qaytarıldı. Ancaq cinayətdə əli olanlar
məhkəmə qarşısına çıxarıldı. Bu da Hadrutun əhəmiyyətini bir daha sübut edir.
İlham Əliyev cənabları Hadrut və keçmiş Martuni rayonunu birləşdirib Xocavənd
rayonunun yaradilmasını da qeyd etdi. Bunu da bildirdi ki, keçmiş Martuninin 55-60 faizi işğaldan azad
edilib. Baxımsızlıqdan görünür ki, ermənilər Hadrutu öz torpaqları gözündə görsəydilər,
hansısa işlər görərdilər. Onlar 30 ildə nəinki iş görməmiş, hətta dağıntılara
yol vermişdilər. Bu barədə də məlumat verən Dövlət Başçısı bildirdi ki, ermənilər
ancaq 1 məktəb, 2 hərbi obyekt tikmişlər. Yaşayış evləri isə könə formada
idi. Dövlət Başçısı ermənilərin Tuğ kəndində
festival keçirməsi, xaricdən qonaq dəvət edərək sanki çox inkişaf edib fikrini
yaratmaq çabalarının əbəs olmasından da danışdı.Hadrutun yenidən bərpası üçün
tapşırıqlar verən Dövlət Başçısı qeyd etdi ki, Hadrutda üzümçülük,
heyvandarlıq və əkinçilik təsərrüfatını inkişaf etdirmək vacibdir. Burada əvvəllər
də bu sahə geniş yayılmışdır. Görüş zamanı Prezident bildirdi ki, "Bizim
Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük
planlarımız var. Biz bu gün bu planların icrasına start veririk. Bu gün xocavəndlilər
öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez- tez həyata keçiriləcək."
Nümayəndə heyəti öz xoş sözlərini Dövlət Başcımıza çatdırdı
ki, bu sözlər bütün qarabağlıların və eləcə
də bütün Azərbaycan xalqının ürək sözləri idi. Biz hər birimiz-nəinki qarabağlılar, bütün azərbaycanlılar inanırıq ki,
Prezidentimizin düzgün siyasəti nəticəsində
doğma Qarabağımız yenidən çiçəklənəcək və keçmiş məcburi köçkünlər çox qısa
müddətdə öz yurdlarına köç etməyə başlayacaqlar.
Yaşasın Xalqımız, var olsun güclü, qüdrətlı Dövlətimiz, bu dövlətə
layiqincə rəhbərlik edən Müzəffər Prezidentimiz və onun sərhədlərini bütövləşdirən, qoruyan Qüdrətli Ordumuz! Bəxtiyar ƏHMƏDOV,
Xocalı rayon Yaloba kənd tam orta məktəbin ingilis dili müəllimi